Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Məhəmməd Əmin Rəsulzadə: Şərqdə ilk Cümhuriyyətin banisi

26.01.2024

Astara Tarix-Diyarşünaslıq muzeyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cumhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı sərancamına əsasən “Məhəmməd Əmin Rəsulzadə: Şərqdə ilk  Cümhuriyyətin banisi” adlı tədbir keçirilib.

Tədbirdə Astara şəhər 5 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə muzeyin direktoru vəzifəsini icra edən Şahin Əliyev açaraq bildirib ki,  Məhəmməd Əmin Rəsulzadə XX-ci əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsirlik yaddaşında kök salmış milli azdlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün səlnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusu yer tutur.

Sonra muzeyin kiçik elmi işçisi Çiçək Axundova mövzu ilə bağlı məruzə edib.

Yekunda şagirdlərin  ifasında şeirlər səsləndirilib.